“Məhz bu gün qələbə qazanmaq bizim üçün çox vacib idi”

8 noyabr – Zəfər günündə “Sərhədçi” idman mərkəzində FİBA Avropa kubokunun “D” qrupunun 4-cü turunda “Sabah”ın basketbolçuları Qaradağın “Mornar” klubuna 81:74 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında məşqçimiz Nikola Bozinovski tarixi qələbə ilə bağlı bunu söyləyib:

“Oyunçularımız bu oyuna hədsiz emosiya və hisslərlə çıxmışdı. Bu gün qələbə istəyimiz çox güclü idi. Məhz bu gün qələbə qazanmaq bizim üçün çox vacib idi. Bu səbəbdən oyunun əvvəllərində emosional idik və ona görə ilk hissədə istədiyimiz kimi oynaya bilmədik.

Lakin ikinci hissəyə komanda daha yaxşı kökləndi və 9 xallıq fərqi aradan qaldırıb 7 xallıq fərqlə qələbə qazandıq. Oyundan öncə legionerçulara bu günün əhəmiyyətini izah etdim, motivasiya verdim.

Oyunun fasiləsində basketbolçularımıza inandığımı söylədim və ikinci hissəyə daha motivasiyalı çıxdıq. Bu gün ölkədə bayramdır, tarixi gündür. Klub da bu tarixi günə qələbə ilə töhfə verdi. Bayramınızı təbrik edirəm!”

Həmin kateqoriyadan