“Məncə, o səhv başa düşüb və təyyarə deyib”

Allsport.az saytı xəbər verir ki, ”Red Bul“un 2-qat dünya çemionu Maks Ferstappen yeni mövsümə hazırlaşır. Komandanın idman məsləhətçisi Helmut Marko, öz növbəsində, ona şəxsi təyyərələrində simulyator quraşdırmağı məsləhət görüb. Gənc sürücü bu təklifə ciddi yanaşmayaraq, bunun anlaşılmamazlıq olduğunu deyib:

“Mən Avropada F1 yarışlarına səyahət etmək üçün yeni avtomobil evi tikirəm və dedim ki, orada quraşdıracağam, çünki axşam qayıdanda sürməyə davam edə bilərəm.

Bunu xoşlayıram, müəyyən mənada hobbimdir və o, həm də səni iti saxlayır. Məncə o səhv başa düşüb və təyyarə deyib. Ona görə də mən təyyarəmdə birini quraşdırmıram. Düşünürəm ki, bu, bir qədər absurd olacaq”.

Həmin kateqoriyadan