“Mənim yaxşı komandam var”

Allsport.az xəbər verir ki, “Ottava Senatorz”un hücumçusu Vladimir Tarasenko, Kanada klubunda qalmağa hazır olduğunu bildirib.

“Mənim yaxşı komandam var. Komanda yoldaşlarımı çox bəyənirəm, onlar pozitivdilər. Düşünürəm ki, bu, çox sıx bağlı bir qrupdur. Həmişə fikirləşirdim ki, söhbət klubdan yox, səni əhatə edən insanlardan gedir.

Həm “Sent-Luis”lə, həm də “Reyncers”lə mənim bəxtim gətirdi, ətrafımda yaxşı insanlar var idi. Burada da eynidir. Bir çox insan kömək etməyə hazırdır. Mənim bundan xoşum gəlir”.

Həmin kateqoriyadan