Mərkəzdə yollar fasiləli bağlı olacaq

Bakı şəhər halqası əməliyyat şirkəti Formula-1 ilə əlaqədar trek ətrafında müvəqqəti quraşdırılmış baryer və tikililərin aradan qaldırılması istiqamətində işləri sürətlə davam etdirir.

Allsport.az saytı xəbər verir ki, piyadalar üçün quraşdırılmış yerüstü keçidin sökülməsi məqsədilə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi nəqliyyatın hərəkəti üçün iyunun 9-u, gecə saat 23:00-dan iyunun 10-u, səhər saat 06:00-dək fasiləli şəkildə bağlı olacaq.

Sürücülərdən xahiş olunur ki, sözügedən saatlarda alternativ yollardan istifadə etsinlər və həmçinin söküntü işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamasınlar.

Həmin kateqoriyadan