Məşhur UFC döyüşçüsü azarkeşini təpiklədi

Ağır çəkidə UFC çempionu Con Cons qarışıq döyüş sənəti həvəskarına zərbəsinin gücünü nümayiş etdirib.

Allsport.az xəbər verir ki, bir azarkeş Consla tədbirdə tanış olub və tarixin ən böyük döyüşçülərindən birinin zərbəsini hiss etmək qərarına gəlib. Əvvəlcə Cons fanatın bud nahiyəsinə yavaş zərbə endirib, bundan sonra ondan daha sərt vurmağı xahiş olunub. Təkrarlanan zərbə fanatın axsamasına səbəb olub, lakin o, Consu qucaqlamaq və kumirinə təşəkkür etmək üçün özündə güc tapıb.

Həmin kateqoriyadan