Məşhur xizəkçi karyerasını sonlandırır

Fransalı xizəkçi Moris Manifika bu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.

Allsport.az xəbər verir ki, bu barədə idmançı sosial şəbəkədə paylaşım edib:

“Fransa komandası ilə karyeram 2023/24 mövsümünün sonunda başa çatacaq. Komandada 20 ildən çox vaxt keçirmişəm”.

Manifikanın sonuncu yarışı Holmenkollendə (Norveç) keçirilən dünya kubokunda 50 kilometrlik klassik kütləvi start olacaq.

Manifika dördqat olimpiya mükafatçısı (2014, 2018, 2022), dördqat dünya çempionatının mükafatçısı və dünya kubokunun qalibidir.

Həmin kateqoriyadan