“Maklaren” pilotların maaşını azaltdı

“Maklaren” komandasının Formula1 pilotları – Lndo Norris və Karlos Sayns maaşlarının azaldılmağına razılaşıblar. Allsport.az xəbər verir ki, “Maklaren” komandası koronavirus pandemiyasınının yaratdığı maliyyə problemlərinə görə işçiləri məzuniyyətə göndərib, pilotların maaşını azaldıb.

Texniki heyətin digər işçilərinin də məvacibləri aşağı salınıb.

COVID-19 pandemiyasına görə Avstraliya, Bəhreyn, Vyetnam, Çin, İspaniya, Niderland və Azərbaycan qran-priləri təxirə salınıb, Monakodakı yarış isə ləğv olunub.

Həmin kateqoriyadan