Maksim Averin: Bu mövsüm uğura aparan yol «Tur de Azerbaycan»dan başlayır

Milli komanda və «Synergy Baku» klubunun aparıcı üzvlərindən olan Maksim Averin mayın əvvəlində keçiriləcək «Tur de Azerbaycan» veloyürüşündə qarşısına ciddi məqsəd qoyub. Təcrübəli qoşaçarxçı bu niyyətini allsport.az saytına açıqlayıb. Bildirib ki, cari mövsümdə uğura gedən yol Bakıdan başlayır:

««Tur de Azerbaycan»ın başlamasını səbirmizliklə gözləyirik. İlk mərhələ paytaxtda olacaq. Yaxşı olardı elə ilk cəhddə fərqlənək. Ümumən, məqsədimiz qələbə qazanmaqdır.

Komandamızın hazırlıq planında dəyişiklik olub. Bu starta ciddi baxılır. Bizim hədəfimiz var. Ona yetişməyin çətin olduğunu bilirik. Amma bu, həm də yaxşı işləməyə imkan yaradır. Sponsorlarımız hər cür dəstək göstərirlər. Onların etimadını doğrultmalıyıq».

Həmin kateqoriyadan