Maksim Averindən Rioya növbəti lisenziya xalları

Maksim Averindən Rioya növbəti lisenziya xalları

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” növbəti Avropa turunda mübarizə aparıb. Allsport.az saytı xəbər verir ki, qoşaçarxçılarımız avqustun 30-da Xorvatiyanın paytaxtı Zaqrebdə start götürməklə Sloveniyanın Novo Mesto şəhərində yekunlaşan birgünlük “Klassik Xorvatiya-Sloveniya” yarışında iştirak ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yürüşündə iştirakçılar 178 km məsafə qət ediblər. “Synergy Baku” üzvlərindən 5 nəfər – Maksim Averin, Yannis Tamuridis, Markus Eybeger, Samir Cəbrayılov və Matey Müqerli finişi yarış qalibi, Sloveniyanın “Adria Mobil” komandasının üzvü Marko Kumpla eyni vaxtda keçiblər – 4 saat, 5 dəqiqə, 6 saniyə.

Fotofinişə əsasən velosipedçilərimizdən ən yüksək nəticə Azərbaycanın Elit yığma komandasının da şərəfini qoruyan Maksim Averinə məxsusdur – 7-ci yer. Bu isə təmsilçimizə Rio-2016 Yay Olimpiya Oyunlarına daha 6 lisenziya xalı qazandırıb. Bununla da Maksimin 4 illiyin zirvə yarışında iştirak üçün topladığı xalların ayı 148-ə çatıb.

Həmin kateqoriyadan