- Baxış sayı: 60
- 06 Noyabr 2026 17:09
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Ötən gecə “Monreal Kanadiyens” və “Pittsburq Pinquins” arasında NHL-in müntəzəm mövsüm matçı baş tutub.
Allsport.az xəbər verir ki, görüş “pinqvinlər”in 6:3 hesablı qələbəsi ilə başa çatıb.
“Pittburq”un heyətində Yevqeniy Malkin bir qol vurub və iki məhsuldar ötürmə edib. Rusiyalı xokkeyçi ardıcıl üçüncü matçda xal qazanıb (“Detroit Red Uinqs” ilə 0+2 və “Toronto Meypl Lifs” ilə 0+2).
Malkin bununla da Aleksandr Oveçkinə (2023-24-cü illərdə 4 oyun) 38 və daha yuxarı yaşda ardıcıl üç oyunda aktivinə xal yazan ikinci aktiv oyunçu kimi qoşulur.