- Baxış sayı: 52
- 15 May 2025 11:21
- Baxış sayı: 104
- May 21, 2025
- 0
Allsport.az xəbər verir ki, sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçiriləcək II MDB oyunlarının maskotları enerjili, mehriban “Bəbir” və “Leyla” olacaq.
“Bəbir” Qafqaz bəbirinin obrazında yaradılmaqla, sadəcə simvol deyil, həm də Azərbaycanın zəngin təbiətini, gücünü və qonaqpərvərliyini parlaq şəkildə təcəssüm etdirir. Bu nadir heyvan ölkənin füsunkar guşələrində qədim dövrlərdən bəri məskunlaşıb.
Bəbir Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün qorunmasını əhatə edən “Böyük beşlik” proqramına, Azərbaycan respublikasının “Qırmızı Kitabına və sayı “kritik həddə olan növ” kateqoriyası altında beynəlxalq təbiəti mühafizə ittifaqının “Qırmızı Siyahısı”na daxil edilib.