“McLaren” komandasının üzvləri Bakı Şəhər Halqası haqqında nə söyləyiblər?

“McLaren” komandasının üzvləri Bakı Şəhər Halqası haqqında fikir bildiriblər. Allsport.az saytı xəbər verir ki, Fernando Alonso digər Formula-1 pilotlarından fərqli olaraq, Bakıya səfər edib və yeni trek haqqında artıq məlumatı var. İspan pilot Bakıdan çox təsirləndiyini dəfərlərə öz müsahibələrində ifadə edib:

“Tezliklə Bakı trekini sınamaq istəyirəm və bu cümə günü buna nail olacağam. Mən çox şanslıyam. Avropa Qran Prisinin səfiri kimi bir neçə ay öncə Bakı treki ilə ətraflı tanış olub, onun necə tikilməsinin şahidi olmuşam. Trekin konfiqurasiyası çox maraqlıdır. Ensiz küçələr, ötmə imkanı verən küçələr və sürət.

Bakı treki bütün şəhər treklərindən ən sürətlisidir və trek yeni olduğundan çətinliklikləri dəf etmək mənə çox maraqlı gəlir. Simulyatorda Bakı trekini artıq test etmişəm və qeyd edim ki, trek bir çox xüsusiyyətlərinə görə seçilir: orta əsrlərə məxsus qala divarları, döngələr, saat əqrəbinin əks istiqamətində hərəkət yarışın möhtəşəm olacağına təminat verir”.

Censon Batton: “Mərkəzi küçələrdə bolidlərin sürətinin saatda 300 km çatacağını Bakı Şəhər Halqası çox maraqlı görünür. Alonsodan Bakı treki haqqında müsbət rəylər almışam. Trekdə həm ensiz küçələrin, həmçinin ötmələr üçün geniş küçələrin olduğunu qeyd edib.

Uzun düzlükdə hərəkət edən maşınları yüksək təzyiq altında olacaq və buna görə ERS sistemi işə düşəcək. Həmçinin Bakıda yüksək yanacaq sərfiyyatı gözlənilir. Buna görə bolidləri optimal ayarlara görə tənzimləmək lazım olacaq.
Taktika, təkər və hərarətə gəldikdə isə, komandamızım əməkdaşları öncədən Bakıda olduğu üçün, Bakıda nə ilə qarşılaşacağıza artıq hazırıq.
Kanada Qran Prisindəki uğursuzluğumuzdan sonra, Bakı trekinə böyük ümidlərimiz var”.

Erik Bülye: “Bakı Şəhər Halqasında bizi parlaq şou, yeni pərəstişkarlar gözləyir. Əməkdaşlarımızın və Fernandonun Bakıya ilk səfərindən sonra biz çox sayda müsbət rəylər almışıq, ona görə möhətşəm həftəsonu yaşayağımıza əminəm”.

Həmin kateqoriyadan