“Medal qazandığımıza sevinirik”

“Avropa çempionatındakı rəqabət çox yüksək idi. Biz belə gərgin mübarizədə gümüş medal qazandığımıza sevinirik”.

Allsport.az xəbər verir ki, bunu Azərbaycanın yeniyetmə batut gimnastları Ayan Şabanova və Samirə Hüseynova deyiblər.

Onlar Portuqaliyanın Gimarayeş şəhərində keçirilən Avropa çempionatında qazandıqları gümüş medalı şərh ediblər. Şabanova ümumdünya yaş qrupları oyunlarından sonra karyerasında ikinci böyük uğura imza atdığını vurğulayıb: “Rəqiblər kifayət qədər güclü idilər. Xüsusilə də Gürcüstan təmsilçilərini qeyd edərdim. Biz proqramı maksimum dərəcədə yerinə yetirməyə çalışdıq. Çətinliyə üstünlük verdik”.

Hüseynova bildirib ki, finaldakı çıxışlarının qiyməti açıqlananda sevincdən hisslərini cilovlaya bilməyiblər: “Kifayət qədər çətin mübarizədə medal qazananda emosiyalarımızı saxlaya bilmədik. Bu nəticəmiz bizə əlavə özünəinam verir”.

Həmin kateqoriyadan