“Mercedes”dən dubl: Lüis Həmiltonu dayandıran tapılmır

Formula1 üzrə dünya çempionatının 16-cı mərhələsi Soçidə baş tutdu. Allsport.az saytı xəbər verir ki, Rusiya qran-prisində “Mercedes” dubl edib. İtaliya və Sinqapur ötüşmələrini qalib gələn Lüis Həmilton bu dəfə də finişi 1-ci keçib (1 saat 27:25.181).

Onun komanda yoldaşı Valtteri Bottas + 2.545 saniyə gecikib. “Ferrari”nin almaniyalı sürücüsü Sebastyan Fettel 3-cü yeri tutub.

“Mercedes” mühəndislər kubokunda 495 xalla yenə öndədir. “Ferrari” 2-ci (442), “Red Bull” 3-cüdür (292). Növbəti qran-pri 5-7 oktyabrda Yaponiyanın  Suzuka şəhərində olacaq.

Həmin kateqoriyadan