“Mersedes”in rəhbəri: “Ferrari” bizi 16 həftə qabaqlayır, çünki yarışa daha tez hazırlaşıb

“Mersedes Motorsport”un rəhbəri Toto Volff formula1 mükafat yarışında əsas rəqibinin şəninə tərif deyib. Allsport.az saytının məlumatına görə, o, “Ferrari” komandasının cari mövsümünə hazırlığı daha tez başladığı üçün öndə olduğunu deyib. F-1.az xatırladır ki, italyanlar həm Mühəndislər kubokunda, həm də Sürücülər çempionatında qabaqdadır.

““Ferrari” komandası 2017-ci il bolidi üzərində işə 2015-ci ilin dekabrında başladı. Biz isə 2016-cı ilin mart ayından bu mövsümə hazırlaşmağa başlamışıq. Bu isə 16 həftəlik fərq deməkdir.

Ferrari keçən il resurslarının əksəriyyətini bu ilə yönəltdi. Biz isə çempionluq uğrunda mübarizə apardığımız üçün cəsarətli davrana bilmədik. Bu isə dövrədə 0.4-0.5 saniyə fərq deməkdir” – deyə, Toto Volff əlavə edib.

Həmin kateqoriyadan