“Mersedes” V-14 modelinin təkmilləşmiş versiyasını hazırlayıb

Allsport.az saytı xəbər verir ki, Almaniya komandasının fevralın 15-i təqdim etdiyi və Bəhreynə testlərə gətirdiyi bolid, əslində V-13 modelinin dəyişilmiş versiyasıdır. “Gümüşü oxlar”ın rəhbəri bu haqda açıqlama verib. Əslində, V-14 testlərdə ümüdləri doğruıtmayıb.

Məlum olub ki, maşın döngələrdə sürüşür və buna görə Lüis Həmilton komanda yoldaşı Corc Rassel ilə bərabər ən yumşaq C-5 şin komplektlərində nisbətən yaxşı çıxış ediblər. Gələn həftə sonu komandaların Bəhreyn qran prisində ixtiyarına daha sərt şinlər təqdim olunacaq. Onların sırasında ən yumşaq C-3 komplekti yer alacaq.

“Mersedes”in rəhbəri Toto Volf, İtalyanın “Dello Sport” nəşrinə fikrini bölüşüb: “ Yarışlara yeni V-14 komponentlərini gətirəcəyik. Brekli bazasında 2023-cü il üçün şassinin təkmilləşməsi üçün hazırlıqlar tam sürətlə davam edir. Buna baxmayaraq, yeni mövsümün ilk 3-mərhələsində yenilikləri görəcəyimiz ehtimal azdır”.

Həmin kateqoriyadan