“Mersedes”dən 2-ci dubl, “Red Bul”un sürücüsü 2-ci oldu

Bu gün Formula-1 dünya çempionatının 3-cü mərhələsi çərçivəsində Portuqaliya qran-prisi keçirilib.

Allsport.az saytı xəbər verir ki, Portimau trasında 4653 metr uzunluğu və 66 dairənin yekununda Lüis Həmilton 1-ci olub. Britaniyalı pilot qələbəyə 1 saat 34:31.421 saniyə sərf edib.

“Red Bull Xonda”dan Maks Ferstappen finişə 2-ci çatıb. Ondan + 33.530 saniyə geri qalan “Mersedes”in digər sürücüsü Valtteri Bottas ilk 3-lüyü qapayıb.  

Növbəti ötüşmə 1 həftə sonra İspaniyada baş tutacaq. Barselonada qalib 4675 metrlik 66 dairənin sonunda bilinəcək.

Həmin kateqoriyadan