“Mersedes”dən 5-ci dubl!

Bu gün Böyük Britaniyada Formula-1 dünya çempionatının 10-cu mərhələsi sona yetib. Allsport.az saytı xəbər verir ki, 5891 metrlik Silverstoun trasında 52 dövrənin yekununda adı çəkilən ölkənin sürücüsü Lüis Həmilton finişə 1-ci çatıb.

“Mersedes”in pilotu 1 saat 58:23.284 saniyə sərf edib. 7-qat dünya çempionu sonuncu dəfə 5 yarış öncə, İspaniya qran-prisində fəxri kürsüyə çıxmışdı.

“Ferrari”dən Şarl Lekler 2-ci, Almaniya komandasının digər üzvü Valteri Bottas 3-cü yer tutublar.

Növbəti ötüşmə 2 həftə sonra Macarıstanda olacaq. Sürücülər 4381 mertlik Hunqapopinq avtodromunun trasında 70 dövrə vuracaqlar.

Həmin kateqoriyadan