“Mersedes”dən ardıcıl 3-cü dubl

Çin qran-prisi Formula1 tarixində 1000-ci ötüşmə ilə yadda qalıb. Allsport.az saytı xəbər verir ki, bu rəqabət də “Mersedes”in dublu ilə nəticələnib.

Lüis Həmilton finişə 1-ci, Valtteri Bottaş 2-ci çatıblar. 3-cü yeri “Ferrari”nin almaniyalı sürücüsü Sebastyan Fettel tutub.

Mövsümün 3-cü mükafat yarışında britaniyalı 56 dövrəni 1 saat 32 dəqiqə 6,350 saniyəyə qət edib. Onun finlandiyalı komanda yoldaşı liderdən 6,552 saniyə gec çatıb. Sebastyan Lüisə 13,744 saniyə uduzub.

Şanxaydan sonra estafet Bakıya veriləcək. 26-28 apreldə avtomobil həvəskarları qeyri-adiliyi ilə seçilən paytaxt yollarında intizarla yeni gözəllik və həyacan gözləyirlər.

Həmin kateqoriyadan