“Mersedes”in direktoru: “Mübarizədə geridə olsaq da, əlimizi üzməyəcəyik”

“Mersedes” komandasının direktoru Torger Kristian Volf, bu il uğur qazanacaqlarına o qədər də inanmır. Allsport.az saytı xəbət verir ki, 8-qat dünya çempionları yeni mövsümdə rəqiblərindən geri qalırlar. “Gümüşü oxlar”ın rəhbəri bu məsələ ilə bağlı fikrini bildirib:

“Hazırda digər komandalardan geridəyik. Yenidən mübarizəyə qayıtma fürsətimiz 20 faizdir. Avtoidmanda nəticələr hər an dəyişə bilər. Rəqiblərimiz mübarizəni vaxtından tez başa vursa, biz də maşının məharətini göstərə bilərik.

Şansımızı yüksək qiymətləndirmirəm, amma hələ çempionatın 3 yarışı arxada qalıb. Mübarizədə geridə olsaq da, əlimizi üzməyəcəyik”.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan