Millidə yeni məşqçilər

Ağırlıqqaldırma üzrə yığma komandaların məşqçilər heyətinin yeni tərkibi məlum olub.

Allsport.az xəbər verir ki, AAF idarə heyətinin qərarına əsasən, rusiyalı mütəxəssis Maxtı Makkayev kişilərdən ibarət yığma komandaların baş məşqçisi təyin edilib.

O, uzun müddət yerli yığmada çalışıb, ölkəsində ilin ən yaxşı məşqçisi seçilib. Makkayevin tələbələri dünya, Avropa çempionatları, olimpiya oyunları, digər beynəlxalq yarışlarda qalib və mükafatçı olublar.

Ukraynalı Denis Qotfrid onun köməkçisi funksiyasını yerinə yetirəcək. Asif Məmmədov böyüklər, Emil Əliyev gənclər, Oktay Muxtarov isə yeniyetmələr üzrə böyük məşqçi vəzifələrində çalışacaqlar. Sərdar Həsənov isə qadınlardan ibarət komandanın baş məşqçisi olacaq. Onun köməkçisi Əfqan Bayramov olacaq.

Həmin kateqoriyadan