Kişilərdən ibarət milli DÇ-də

Allsport.az xəbər verir ki, kişi həndbolçulardan ibarət Azərbaycan millisi inkişaf etməkdə olan ölkələrin 4-cü dünya çempionatına qatılacaq.

Komandamız aprelin 25-dən 30-dək Bolqarıstanın Varna şəhərində meydan sahibləri və Nigeriya seçmələri ilə eyni qrupda mübarizə aparacaq.

Baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Rəşad Hüseynovun rəhbərliyi ilə “AHF arena”da təlim məşq toplanışını başa vuran həndbolçularımız bu gün Balkanlara yola düşüblər.

Varna sınaqlarında Azərbaycan, Bolqarıstan və Nigeriya milliləri ilə yanaşı Malta, Andorra, Hindistan, Kipr, Moldova, Avstraliya, Böyük Britaniya, Kuba və Qvatemala komandaları da üz-üzə gələcək.

Püşkün nəticəsinə əsasən 12 komanda hərəsində 3 olmaqla, 4 qrupa bölünüb. Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.

Həmin kateqoriyadan