- Baxış sayı: 47
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 84
- Sentyabr 25, 2026
- 0

Qızlardan ibarət U-16 millimiz “Qalatasaray”lı həmyaşıdlarını məğlub edib
Allsport.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə qızlardan ibarət U-16 yığmamız növbəti yoxlama oyunlarını keçirib. Evren Alkayanın rəhbərlik etdiyi millimiz, güclü rəqibi İstanbul çempionu “Galatasaray” U-16 qızlardan ibarət komandasına qarşı oyundan 72:58 hesablı qələbə ilə ayrılıb.
Qızlarımız müvafiq olaraq “İstanbul Asya” komandasına 88:66, “İstanbul Panterləri” komandasına isə 62:36 hesabları ilə qalib gəliblər.