Millimiz Litvaya uduzdu

Bu gün həndbol üzrə Azərbaycan yığması Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.

Allsport.az xəbər verir ki, V qrupda yer alan millimiz Litvanın qonağı olub.

4 gün əvvəl Bakıda rəqibini məğlub edən həndbolçularımız səfərdə eyni uğuru təkrarlaya bilməyiblər. Birinci hissəni 6 xal fərqi ilə üstün bitirən litvalılar fasilədən sonra fərqi artırıblar. Meydan sahibləri 41:26 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, qrupun digər matçında Şimali Makedoniya İspaniyanın qonağı olacaq.

Həmin kateqoriyadan