Millimizin həndbolçusu Türkiyə superliqasının qalibi olub

Türkiyədə kişi həndbolçuların Camal Kütahya mövsümünə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, ölkə çempionatının final sıralamasında millimizin hücumçusu Oleq Georgiyevskinin çıxış etdiyi “Bəyqoz bələdiyyəsi” rəqibi “Sakarya böyükşəhər bələdiyyəsi”nə hər 3 oyunda qalib gəlib.

İstanbulda Rəcəb Şahin Köytürk idman sarayında həlledici silsiləsinin 3-cü matçının ilk yarısında meydan sahibləri 15:13 öndə keçib. Gərgin keçən matçın 2-ci hisəssini 28:26 qazanan “Bəyqoz bələdiyyəsi” 2022-2023 mövsümünü çempion olaraq tamamlayıb.

Həmin kateqoriyadan