Moskva derbisini kim qazandı?

Kontinental xokkey liqası (KHL) oyunu çərçivəsində Moskva derbisində “Dinamo” öz meydanında SSKA-nı məğlub edib.

Allsport.az xəbər verir ki, ev sahibi komandanın heyətində Sedrik Paket, Nikita Qusyov, Danil Pılenkov və Artyom İlenko qol vurub. Qusev isə iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qonaqlar isə Kirill Dolzhenkovun səyi ilə cəmi bir qol vura bildi. Nəticədə, Aleksey Kudaşovun komandası 4:1 hesabı ilə qalib gəlib.

Həmin kateqoriyadan