- Baxış sayı: 39
- 03 Avqust 2026 23:58
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Rusiyanın paytaxtında uşu üzrə beynəlxalq turnirdə kadetlər arasında Azad Hümbətov (45 kq) qızıl, Hüseyn Məmmədov (42 kq) gümüş, Hümbət Mustafayev (48 kq) bürünc medal qazanıblar.
Allsport.az saytı xəbər verir ki, yeniyetmələrdə Xəyal İbrahimov (45 kq) və Süleyman Kazımlı (48 kq) bürünc medal, gənclərdə isə Yusif Azadi (52 kq) qızıl medala sahib olublar.
Qızlar arasında Mirrüqəyya Azərpur (52 kq) və Mirfatimə Azərpur (65 kq) gümüş medal əldə ediblər. Böyüklər arasında 6-qat Avropa çempionu Elçin Eminov (60 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.