Moskvada dünya çempionu oldu, Şuşa-Xankəndi köynəyində Azərbaycan bayrağını nümayiş etdirdi

Moskvada pauerliftinqin AWPC/WPC versiyası üzrə dünya kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, 300-ə yaxın idmançının mübarizə apardığı yarışda Rusiya, Azərbaycan, Qazaxıstan, Tacikistan, Belarus, Hindistan, Serbiya və digər ölkələrdən birincilik uğrunda mübarizə aparıblar.

Bu rəqabətdə Azərbaycan stronqmen federasiyasının üzvü Zaur Cəfərov (110 kq) A/WPC versiyası üzrə “benç press” hərəkətində 262,5 kiloqram nəticə ilə 6-cı dəfə dünya çempionu olub. O, Azərbaycanın pauerliftinq tarixində ilk dəfə A/WPC üzrə ən yüksək dərəcə tələbini yerinə yetirərək “elitar idmançı” tituluna yiyələnib.

Yığmanın digər üzvləri Şəmsi Bayramov (110 kq) veteranlar arasında AWPC versiyası üzrə “deadlift” hərəkətində 240 kiloqram nəticə ilə 1-ci yer tutub. Aqşin İsmayılov (82,5 kq) WPC versiyası üzrə “benç press” hərəkətində 290 kiloqram nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və mütləq dünya çempionu adına layiq görülüb. Azərbaycan komanda hesabında 3-cü olub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish