“Neftçi SOKAR” 1/4 finalda

“Neftçi SOKAR” 1/4 finalda

3×3 basketbol üzrə “Neftçi SOKAR” komandası dünya qadın seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində 1/4 finala yüksəlib.

Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “B” qrupunun ikinci oyununda yerli “Takasaki” klubuna uduzsa (13:14) da, növbəti raunda vəsiqə qazanıb.

“Ağ-qaralar” birinci qarşılaşmada Yaponiya millisini məğlub edib – 15:14.

“Neftçi” 1/4 finalda Tailand yığması ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan