- Baxış sayı: 76
- 24 Avqust 2026 10:39
- Baxış sayı: 119
- Avqust 30, 2026
- 0

Formula-1 üzrə dünya çempionu Lando Norris “McLaren”lə yeni müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, 26 yaşlı britaniyalı pilot Uokinq təmsilçisi ilə əməkdaşlığını ən azı 2030-cu ilin sonunadək davam etdirəcək.
Razılaşmada müqavilənin müddətini daha bir neçə il uzatmağa imkan verən bəndin yer aldığı bildirilib.
Norris 2019-cu ildən “McLaren”in əsas pilotudur. O, ötən mövsüm karyerasında ilk dəfə Formula-1 üzrə dünya çempionu titulunu qazanıb.