NBA çempionu ilə müqavilə imzaladı

NBA çempionu ilə müqavilə imzaladı

Madrid “Reaa”ı ABŞ-li basketbolçu Demian Consu heyətinə qatıb.

Allsport.az xəbər verir ki, klub 31 yaşlı mərkəz oyunçusu ilə 2026/27 mövsümünün sonunadək müqavilə imzaladığını açıqlayıb.

Cons karyerası ərzində NBA-də 293 matç keçirib. O, “Qolden Steyt Uorriors”, “Atlanta”, “Sakramento”, “Finiks”, “Leykers”, “Yuta” və “Klivlend” klublarında çıxış edib.

31 yaşlı basketbolçu “Qolden Steyt Uorriors”un heyətində iki dəfə NBA çempionu olub.

Cons ötən mövsüm Çinin basketbol liqasında orta hesabla 18 dəqiqə meydanda qalaraq 9,7 xal, 5,7 götürmə və 1,4 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan