“Mübarizə sizin xeyrinizə çevirə biləcək xırda məqamlardan asılıdır”

“Mübarizə sizin xeyrinizə çevirə biləcək xırda məqamlardan asılıdır”

“Alfa Romeo”un pilotu cari mövsüm haqqında bəhs edib. Allsport.az saytı xəbər verir ki, Çjou Quanyu imkanları bunca dəyərləndirib:

”Məncə, komandamızda vəziyyət “Maklaren” ilə baş verənlərə bənzəyir. Onlarla bərabər daha güclü komandalardan sonra geridə qalan xallar uğrunda mübarizə aparırıq.

Üç-dörd kollektiv hamıdan açıq-aydın irəlidədir. Səkkizinci və ondan aşağı yerlərdən əldə olunan nəticələr üçün mübarizə aparırıq. Ciddədə biz kvalifikasiyanın finalına çıxmağa çox yaxın idik.

Pit-stopdan əvvəl yürüşlərin çox hissəsini onluğda idim, lakin sonra vəziyyət çətinləşdi. Bununla belə, irəliliyə bilərik. Mübarizə sizin xeyrinizə çevirə biləcək xırda məqamlardan asılıdır”.

Həmin kateqoriyadan