“Müdafiədə istədiyimizi ala bilmədik”

“Oyuna müdafiədə həddindən artıq pis başladıq”.

Allsport.az xəbər verir ki, bunu Azərbaycan kubokunda qələbə qazanan “Neftçi”nin baş məşqçisi Anar Sarıyev deyib.

Gənc mütəxəssis “Cəlilabad”ı 82:71 hesabı ilə məğlub etdikləri oyunu şərh edib: “Startda, demək olar ki, bütün topları boşa atdıq. Müdafiədə istədiyimizi ala bilmədik. Sonra oyunu bir qədər öz xeyrimizə dəyişdik və ona nəzarət etməyə başladıq. Üçüncü periodda uşaqlar yenə tam istədiyimizi verə bilmədilər və müdafiədə səhlənkar oynadılar. Artıq neçənci oyundur ki, bizim 3 xallıq toplarımızın böyük bir hissəsi səbətə düşmür. Məşqlərdə bunun üzərində işləməliyik ki, bu problemi həll edək. Bu faiz göstəricisi ilə biz komanda olaraq çempionluq haqqında danışa bilmərik”.

Həmin kateqoriyadan