“Muğan” klubunun açıq birinciliyi keçirilib

Allsport.az xəbər verir ki, bu gün Sabirabad şəhərində “Muğan” ağır atletika klubunun yeniyetmələr arasında ağır atletika üzrə açıq birinciliyi keçirilib.

Yarışda Sabirabad, Masallı və Lənkərandan olan idmançılar medallar uğrunda mübarizə aparıblar.

Gənclər və idman naziri Fərid Qayıbov, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, milli məclisin deputatı Kamal Cəfərov, idman səfirləri, ağır atletika federasiya federasiyasının baş katibi Rizvan Rəsulov, ağır atletika üzrə Avropa çempionu Dadaş Dadaşbəyli və digər şəxslər birinciliyin fəxri qonaqları qismində iştirak ediblər.

Maraqlı mübarizə şəraitində keçən turnirdə qaliblər müəyyən edilib, Mirməhəmməd HüseynliSadiq Əliquliyev öz çəkilərində rəqiblərini üstələyiblər. Mükafatçılar medallarla təltif olunublar.

Həmin kateqoriyadan