Müsabiqənin qaliblərinə Macarıstana səyahət

Bakı Şəhər Halqası əməliyyatı şirkəti 26-28 apreldə Formula1 Azərbaycan qran-prisisində fəaliyyət göstərən könüllülər arasında müsabiqə keçirir. Allsport.az saytı xəbər verir ki, qaliblər 2-4 avqustda keçiriləcək Macarıstan mükafat yarışına göndəriləcək.

Səfər zamanı könüllülər orada baş tutacaq yürüşü canlı izləməklə yanaşı sözügedən yarışın təşkilatçıları ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar. Könüllülərin səyahət, qonaqlama və yarışda iştirakla əlaqədar bütün xərcləri əməliyyat şirkəti tərəfindən qarşılanacaq.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan qran-prisi zamanı fəallığı ilə seçilən könüllüləri mükafatlandırmaqdır. Burada könüllülərin fəaliyyəti əsasən 3 istiqamət üzrə qiymətləndiriləcək: könüllülük fəaliyyətinə dair tədbirlərdə iştirak, yarış zamanı göstərilən fəallıq və bütün mərhələlər üzrə keçirilən ümumi imtahan. Bütün meyarlardan ümumilikdə ən yüksək nəticə əldə edən könüllülər müsabiqənin qalibi sayılacaqlar.

Həmin kateqoriyadan