Nadir Şükürovun 50 yaşı Gəncə stadionunda qeyd olunub

Dünən “Kəpəz”in əsas komandasının qapıçılarla işləyən məşqçisi Nadir Şükürov doğum gününü qeyd edib. Allsport.az saytı xəbər verir ki, futbolçu karyerası ərzində Gəncə klubunda da çıxış etmiş Nadir müəllimin 50 yaşı tamam olun. Bu münasibətlə yubilyarı kollektiv və azarkeşlər təbrik edib, ona ən xoş arzularını çatdırırıblar.

Nadir Şükürova ünvanlanan çoxsaylı təbriklərə AFFA, “Kəpəz” Peşəkar Futbol Klubu və Milli Olimpiya Komitəsinin rəsmi nəşri olan “Olimpiya dünyası” qəzeti də qoşulub. “Kəpəz” – “Qəbələ” oyunundan öncə yubilyara üzərində “Nadir Şükürov 50” yazılmış millinin və “Kəpəz”in forması, diplom və hədiyyələr verilib.

Hədiyyələri Şükürova AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu, “Kəpəz” klubunun icraçı direktoru Cabir İbrahimov və olimpsport.az saytının baş redaktoru Ramin Allahverdiyev təqdim edib.

Həmin kateqoriyadan