Nazilədən 3 bürünc birdən

Nazilədən 3 bürünc birdən

Bu gün İslam oyunlarında ağırlıqqaldırma üzrə yarışa start verilib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Emil Əliyev, məşqçilər Asif Məmmədov və Sərdar Həsənovun rəhbərliyi altında körpücük üzərinə 10 nəfər – 3 qadın və 7 kişi idmançı çıxacaq.

Onlardan ilk olaraq Nazilə İsmayılova mübarizəyə başlayıb. İdmançımız 45 kq-da çıxış edib. Birdən qaldırmada 54 kq çəkini ram edərək, bürünc medala sahib çıxıb. O, təkanla qaldırmada da uğurla çıxış edib. 67 kq çəkinin öhdəsindən gələrək, 3-cü yer tutub.

Toplam 121 kq (54+67) nəticə ilə Nazilə Konya-2021-də bürünc mükafata yetişib.

Həmin kateqoriyadan