FOTO
Nazir müavini karate və stolüstü tennis yığmaları ilə görüşdü

Ötən gün gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov karate və stolüstü tennis üzrə yığma komandaların məşqlərini izləyib.

Allsport.az xəbər verir ki, milli karate federasiyasının təlim-məşq zalında idmançılarla və məşqçilərlə söhbət edən nazir müavini onların qarşılaşdığı məsələlərlə maraqlanıb. Yaxın günlərdə Rusiyaya beynəlxalq yarışa yollanacaq idmançılara uğurlar arzulayıb.

“Şüa” idman-sağlamlıq kompleksində stolüstü tennis yığmasının üzvlərinin məşqinə baxış keçirən nazir müavininə idmançıların hazırlığı barədə ətraflı məlumat verilib. İsmayıl İsmayılov qarşıdakı yarışlara hazırlıqla maraqlanıb və idmançılara öz tövsiyələrini verib.

Görüşlərdə nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov və sektor müdiri Nicat Həsənov da iştirak edib.

Həmin kateqoriyadan