Nazir Sabirabadda “Muğan” ağırlıqqaldırma klubunda yaradılan şəraitlə tanış olub

Bu gün Sabirabadda “Muğan” ağırlıqqaldırma klubunun açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə AAAF-ın prezidenti İnam Kərimov, gənclər və idman naziri Fərid Qayıbov, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, millət vəkili Kamal Cəfərov və digər şəxslər iştirak ediblər.

Qonaqlar burada yaradılan şəraitlə tanış olub, fikirlərini bölüşüb, tövsiyələrini verib, uğurlar arzulayıblar.
“Muğan” bu il yaranıb. Klubun bazası özəl sektora məxsus olan idman zalı üçün uyğunlaşdırılmış və tam yeni təmirdən çıxmış 2 zaldan ibarətdir.

Ağır atletika ilə məşğul olmaq üçün bütün avadanlıqlarla təmin olunmuş xüsusi zal 150 kv.m sahədən, ikinci zal isə 120 kv.m sahədən ibarət olmaqla, trenajor avadanlıqları ilə təmin olunub. Ümumilikdə, binanın sahəsi 396 kv.m-dir.

Həmin kateqoriyadan