Nazirin Türkiyə basketbol federasiyasının prezidenti ilə görüşü

Azərbaycan basketbol federasiyasının prezidenti Emin Əmrullayev İstanbulda Türkiyə basketbol federasiyasının prezidenti Hidayət Türkoğlu ilə görüşüb.

Allsport.az xəbər verir ki, Sinan Erdem idman sarayında keçirilən görüşdə layihələr və ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda E.Əmrullayev həmkarına Azərbaycan basketbol millisinin formasını hədiyyə edib. H.Türkoğlu isə E.Əmrullayevə “Türkiyənin basketbol sevgisi” və “Türkiyənin basketbol tarixi” kitablarını bağışlayıb.

Həmin kateqoriyadan