- Baxış sayı: 47
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 84
- Sentyabr 25, 2026
- 0

Allsport.az xəbər verir ki, Milli basketbol assosiasiyası (NBA) “Dallas Maveriks”in martın 22-də “Qolden Steyt”lə matçda (125:127) yaranmış vəziyyətlə bağlı etirazını rədd edib.
“Dallas Maveriks”in etirazı 3-cü hissənin sonunda baş vermiş insidentlə bağlı idi. Həmin zaman “Qolden Steyt”in mərkəz oyunçusu Kevon Luni fasilədən sonra topu səbətdən keçirib. “Dallas Maveriks”in oyunçuları isə bu vaxt özlərinin döşəmənin digər tərəfində olduqlarını düşünürdülər.
Hətta onlar hakimlərin səhv etdiyini də fikirləşiblər. Lakin NBA-nın qərarı “Dallas Maveriks” üçün ürəkaçan olmayıb.