“Neftçi” 1/4 finala adlayacaqmı?

4-5 avqustda Çex Respublikasında 14 komandanın iştirakı ilə 3×3 basketbol üzrə dünya qadın sıralamasının növbəti mərhələsi baş tutacaq.

Allsport.az saytı xəbər verir ki, Praqa raundunda millimiz qruplarda qalmaq üçün İsveçrə və Çili ilə təsnifat matçları keçirəcək.

Digər təmsilçimiz “Neftçi” idman klubu “C” qrupunda Litva və Latviya ilə mübarizə aparacaq. Qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan