“Neftçi” fərqi azaltdı

Bu gün Azərbaycan basketbol liqasında (ABL) “Sabah” – “Neftçi” final sıralamasının 3-cü oyunu baş tutub.

Allsport.az saytı xəbər verir ki, Bakı idman sarayında keçirilən matçda “ağ-qaralar” mübarizəyə fəal başlayıblar və yekunda 79:76 hesablı qələbəyə seviniblər.

Ümumi hesab 2-1 “Sabah”ın xeyrinədir. Bu mərhələnin 4-cü görüşü 8 mayda olacaq. Super seriyada ən tez 4 qələbə qazanmış klub ABL-in 2024/25-ci illər mövsümünün çempionu olacaq.

Həmin kateqoriyadan