“Neftçi” finalda

Allsport.az xəbər verir ki, bu gün dünya qadın seriyasının Şuşa mərhələsində 1/4 final və yarımfinal oyunları baş tutub.

İlk 1/4 final oyununda Macarıstan millisi Rumıniyaya 21:13 hesabı ilə qalib gələrək, yarımfinalda “Neftçi” nin rəqibi olub.

İkinci 1/4 final oyununda isə Almaniya seçməsi G FLOU (Yaponiya) klubuna 22:16 hesabı ilə qalib gəlib və ikinci yarımfinalda Niderland komandasına rəqib olub.

Birinci yarımfinal oyununda Bakı klubu, Macarıstan yığması ilə üz-üzə gəlib. Gərgin mübarizənin yekununda rəqibinə 15:14 hesabı ilə qalib gələn paytaxt təmsilçisi ilk finalçı olub.

“Neftçi” nin finalda rəqibi Almaniya millisinə 21:10 hesabı ilə qalib gəlmiş Niderland seçməsi olacaq

Həmin kateqoriyadan