“Neftçi İdman Klubu” Şuşada dünya sıralamasının qalib oldu

13 iyunda Şuşada 3×3 basketbol üzrə dünya qadın sıralamasının mərhələsində növbəti görüşlər keçirilib. Allsport.az saytı xəbər verir ki, 1/4 finalda Macarıstan millisi Rumıniyaya 21:13 hesabı ilə qalib gələrək, yarımfinalda “Neftçi İdman Klubu”nun rəqibi olub.

2-ci çərək finalda Almaniya seçməsi FLOU (Yaponiya) klubuna 22:16 hesabı ilə qalib gəlib və 2-ci yarımfinalda Niderlanda rəqib olub. Azərbaycan təmsilçisi Macarıstan yığmasını 15:14 üstələyib.

Finalda “ağ-qaralar” Almaniya millisini 21:10 məyus edən Niderlandla üz-üzə gəliblər. “Neftçi İdman Klubu” rəqibə 20:12 qalib gəlib.

Həmin kateqoriyadan