“Neftçi” kimlərlə qarşılaşacaq?

Dünya qadın seriyasının (DQS) “Puatye” mərhələsində “Neftçi” nin qrupu və oyun təqvimi müəyyənləşib.

Allsport.az xəbər verir ki, 27-28 iyun Fransanın Puatye şəhərində 3×3 basketbol üzrə DQS-nin növbəti mərhələsi baş tutacaq.

Bu mərhələdə iştirak edəcək “Neftçi” klubu, “A” qrupunda Kanada və İtalya milliləri ilə mübarizə aparacaq. “Neftçi” qrupda ilk oyununu Bakı vaxtı ilə saat 19:30 -da Kanada seçməsinə qarşı keçirəcək.

Qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan