“Neftçi” klubu “Xəzri” ilə birgə “A” qrupunun şərikli lideridir

“Sərhədçi” idman mərkəzində, basketbol üzrə Azərbaycan kubokunun “A” qrupunda növbəti 2 oyun keçirilib.

Allsport.az xəbər verir ki, günün ilk oyunu “Sumqayıt” və “Cəlilabad” komandaları arasında baş tutub. Bu oyun “Cəlilabad” klubunun 90-76 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular: “Sumqayıt” (Tay Rendal – 19 xal, 4 ötürmə), “Cəlilabad” (Zaur Paşayev – 19 xal, 8 götürmə)

Günün 2-ci oyununda kuboka yaxşı start vermiş iki klub, “Neftçi” və “Xırdalan” üz-üzə gəlib. Öz gərginliyi ilə seçilən oyunu 80-68 hesabı ilə qalib tamamlayan “Neftçi”, “A” qrupunda “Xəzri” ilə xallarının sayı bərabərləşdirib.

Ən məhsuldar basketbolçular: “Neftçi” (Ceyms Haforn – 13 xal, 3 götürmə), “Xırdalan” (Cakori Arçi – 27 xal, 5 götürmə)

Həmin kateqoriyadan