- Baxış sayı: 43
- 10 Avqust 2026 21:53
- Baxış sayı: 91
- Avqust 10, 2026
- 0

Allsport.az xəbər verir ki, 23-24 iyun tarixlərində 3×3 basketbol üzrə Fransanın Orlean şəhərində keçirilən dünya qadın seriyasının növbəti mərhələsində, ilk oyun günü yekunlaşıb.
“A” qrupunda qərarlaşmış “Neftçi” klubu ilk oyunda Kanada millisinə 17:21, ikinci görüşdə isə İtalya seçməsinə 14:16 hesabı ilə məğlub olaraq, mübarizədən kənarda qalıb.
“C” qrupunda mübarizə aparan qadın millimiz isə ilk oyunda ABŞ seçməsinə 7:21, ikinci oyunda “Yuanda” (Çin) klubuna 14:21 hesabı ilə məğlub olaraq, qrupdan çıxa bilməyib.