“Neftçi”, “NTD-İndiqo” və “Sabah” qələbə qazandı

Bu gün Azərbaycan basketbol liqasında VI tura yekun vurulub. Allsport.az xəbər verir ki, turun son günündə 3 görüş keçirilib.

Əvvəlcə meydana “Gəncə” və “Neftçi” çıxıb. Meydan sahibləri doğma azarkeşləri önündə məğlub olublar. Qonaqlar ilk periodda qazandıqları üstünülüyü sonadək qoruyublar – 80:85.

Günün ikinci qarşılaşmasında “Sərhədçi” – “NTD-İndiqo” ilə üz-üzə gəlib. Görüşdə xaçmazlılar favorit statusunu sübuta yetiriblər. Hesabda geri düşən meydan sahiblərinin cəhdləri uğursuz olub. Qonaqlar 12 xal fərqi ilə qalib gəlib.

Turun son görüşündə “Sabah” Sumqayıtda “Cəlilabad”ı qəbul edib. Gözlənildiyi kimi, son çempion asan qələbə qazanıb. Məhsuldar keçən qarşılaşmada “Sabah” 107 xal qazanıb. Nəticədə debütantın isə ardıcıl 3-cü qələbə arzusu rellaşmayıb.

Həmin kateqoriyadan