“Neftçi” Şuşada ilk qələbəsini qazanıb

Allpsort.az xəbər verir ki, bu gün dünya qadın seriyasının Şuşa mərhələsində qrup oyunları start götürüb.

Turnirin açılış oyununda Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov, “Qarabağ ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov və bir sıra qonaqlar iştirak ediblər.

Açılış oyunu Almaniya və Türkiyə milliləri arasında baş tutub. Bu görüşdə Almaniya millisi 17:9 hesablı qələbə qazanıb. “B” qrupunda isə Niderland, G FLOU (Yaponiya) klubunu 15:9 hesabı ilə məğlub edib.

“A” qrupunda qərarlaşan “Neftçi”, Rumıniya millisinə qarşı gərgin oyunun yekununda meydançadan 20:11 hesabı ilə qalib ayrılıb.

“B” qrupunda ilk oyununu keçirən qadın milli komandamız isə, macarlarla oyunda 21:6 hesablı məğlubiyyətlə üzləşib.

Həmin kateqoriyadan